Türkiyə BRİCS-ə qoşulmaq istəyir –Hakan Fidan

Türkiyə BRICS-ə qoşulmaq istəyir. Bu məsələ birlik nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.

Azpost.info bildirir ki, belə bir bəyanatla Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

“Əlbəttə, biz BRICS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik”, – “South China Morning Post” qəzeti nazirdən sitat gətirir.

Fidan gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRICS toplantısına qatılacağını bildirib.

Qəzet yazır ki, bu görüşdə gündəmdəki mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma imkanı olacağı gözlənilir.

2006-cı ildə qurulan BRICS hazırda özündə 10 dövləti birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.