Futbol üzrə Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində Xorvatiya ilə qarşılaşıb.
D qrupunda 10 xala malik hər iki komanda Xorvatiyada münasibətlərinə aydınlıq gətiriblər.
Osijek şəhərindəki “Opus Arenada” keçirilən matç qarşılıqlı hücumlar şəraitində keçib.
Bunun nəticəsi olaraq “ay-ulduzlular” görüşün 30-cu dəqiqqəsində “damalıllar”ı meydanın mərkəzinə dəvət edib.
Barış Yılmaz oyunda hesabı açaraq Türkiyə millisini önə çıxarıb.
Əsas vaxta əlavə olunan dəqiqələrdə Türkiyə millisinin qapısına təyin olunan penalti “VAR” sistemində baxıldıqdan sonra ləğv edilib.
Bununla da oyunda başqa qol olmayıb və Türkiyə millisi Xorvatiyanı 1:0 məğlub edərək qurupda lider olub.