Türkiyə millisinin daha bir futbolçusu zədələnib

Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişiklik olub.

Portuqaliyanın “Portu” komandasının hücumçusu Deniz Gül zədələndiyi üçün Millətlər Liqasında Uels və Monteneqro ilə keçiriləcək oyunlarda komandaya kömək edə bilməyəcək. Əvəzində isə İspaniyanın “Xetafe” klubunda çıxış edən 23 yaşlı forvard Bertuğ Yıldırım yığmanın düşərgəsinə cəlb olunub.

Daha əvvəl eyni səbəbdən İngiltərənin “Brayton” klubunun üzvü Fərdi Kadıoğlu Türkiyə millisinin heyətindən çıxarılmışdı.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro ilə qarşılaşacaq(azərtac).

 

Əvvəlki məqalə

Avropada qazın qiyməti son bir ilin maksimumuna yüksəlib

Sonrakı məqalə

“İsrailə sarsıdıcı zərbə vuracağıq”