Türkiyə səfiri:“Azərbaycanla münasibətlər yüksək səviyyədədir”

 

Xocalıda 613 qardaşımız vəhşicəsinə qətlə yetirilib. Qətliamın acısı hələ təzədir və sızıltısı ürəklərdədir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

Səfir Birinci Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın insanın taleyi barədə hələ də bir məlumatın olmadığını vurğulayıb.

Diplomat bildirib ki, dünya bu qətliamlara qarşı kar və kor olub, beynəlxalq hüquq işləməyib: “BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilmədi. Amma Azərbaycan 44 günlük müharibə ilə Zəfər qazandı. Bu gün biz şəhidləri anmaq və qardaşlarımızın kədərini paylaşmaq üçün buradayıq. Biz hər zaman Xocalını anmalı və unutmamalıyıq”.

Səfir qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir: “İki dövlət, bir millət” deyərək Azərbaycanla tək ürək olduq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir