Türkiyə Soçi görüşü ilə bağlı açıqlama yaydı

Türkiyənin Prezident Administrasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşünün yekunları ilə bağlı məlumat yayıb.

“Cənubi Qafqazda sabitlik təkcə Türkiyənin deyil, regionun bütün ölkələrinin marağındadır, sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Türkiyə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü yüksək qiymətləndirir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır”, – deyə administrasiyadan bildiriblər.

Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Türkiyənin XİN rəhbəri Ceyhun Bayramovla görüşüb

Sonrakı məqalə

İlham Əliyev və Lukaşenko telefonla danışıblar