“Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəyik” –

Çavuşoğludan AÇIQLAMA
10 Dekabr 2020 - 19:53

Qardaşım Ceyhun Bayramovla imzaladığımız protokolla Türkiyə və Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəyik”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.

““Tək Millət, İki Dövlət”ə də bu yaraşar! Xeyirli olsun”, – deyə Türkiyə XİN başçısı qeyd edib.