Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir –

VİDEO
07 Fevral 2021 - 16:09

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havadan və məsafədən atlanma üzrə təlim keçilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə aid Türkiyə MN-nin Twıtter  səhifəsində yer alan  videogörüntü  “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.

Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək.