Türkiyə XİN başçısı Nyu-Yorka gedəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada bu sözlər yer alıb:

“Nazirimiz BMT Təhlükəsizlik Şurasının 23 yanvar 2024-cü ildə Fələstinlə bağlı keçiriləcək iclasında iştirak etmək üçün Nyu Yorka səfər edəcək.

Nazirimizin səfərlə bağlı ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur”.

Əvvəlki məqalə

Hacı Şahin Həsənlinin yaşadığı binada barelyefinin açılışı olub

Sonrakı məqalə

Əfqanıstanda qəzaya uğrayan təyyarədə rusiyalı sahibkar və arvadı həlak olub