Türkiyə XİN rəhbəri Çinə rəsmi səfərə gedəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan 3-5 iyun tarixlərində Çində rəsmi səfərdə olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Van İnin dəvəti ilə 3-5 iyun 2024-cü il tarixlərində Çinə rəsmi səfər edəcək. Görüşlər zamanı ikitərəfli münasibətlərin müzakirəsi, aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub”, – nazirlikdən bildirilib.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.