Türkiyədə 1 May aksiyalarına görə 3 günlük komendant saatı tətbiq edildi

27 Aprel 2020 - 21:00

“Zəhmətkeşlərin 1 may bayramı münasibətilə əlaqədar mayın 1-dən gecə 00:00-dan mayın 3-ü gecə 00:00-dək yenidən 31 şəhərimizdə küçəyə çıxma qadağası tətbiq edirik”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərlə keçirilən telekonfransdan sonra bildirib.

Türkiyə prezidenti deyib ki, həftəsonu komendant saatının tətbiq olunması ölkədə koronovirusla mübarizədə xeyli irəliləyiş yaradıb.

Ərdoğan vurğulayıb ki, Türkiyədə məhkəmə sisteminin fəaliyyətinin dayandırılması mayın 15-dək uzadılıb. (APA)