Türkiyədə bütöv bir kəndi əhatə edən yanğın söndürülüb –

FOTO
18 Mart 2021 - 10:24

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində baş verən yanğın səhər saatlarında söndürülüb.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, yanğın zamanı 60 ev yanıb, 30-a qədər iribuynuzlu heyvan tələf olub.

Qeyd edək ki, dünən Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.