“Türkiyədə yeni konstitusiyasının qəbuluna ehtiyac var”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilmiş hazırkı konstitusiyanın əvəzinə yenisinin qəbulunun zəruriliyinə toxunub.

Azpost.info xəbər verir ki, Ərdoğanın sözlərinə görə, mövcud konstitusiya siyasətə inamı sarsıdır.

“Türkiyədə çevrilişlərin və hərbi memorandumların vaxtı geridə qaldı. Mövcud konstitusiya siyasətə inamı sarsıdır, ölkəmiz bununla irəli gedə bilməz. Hazırkı konstitusiya nəinki Türkiyənin bugünkü reallıqlarını əks etdirmir, həm də böyük rüsvayçılıq mənbəyidir. Cümhuriyyətin 100 illiyini qeyd edən millətimizi bu rüsvayçılıqdan əziyyət çəkməyə məcbur edə bilmərik. Yeni konstitusiya milli vəzifədir”, – Ərdoğan bildirib.

Mayın 27-də Türkiyə məlum çevrilişin ildönümünü qeyd edir.

“Biz çevrilişçiləri nəinki 64 il, hətta əsrlər sonra da unutmayacağıq və bağışlamayacağıq”, – Ərdoğan deyib.

Azpost.info

Əvvəlki məqalə

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib

Sonrakı məqalə

İrəvanda saxlanılan 280-dən çox etirazçıdan 273-ü sərbəst buraxılıb