Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub

08 Dekabr 2020 - 18:24

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.