“Türkiyənin Qarabağ münaqişəsində iştirak etməsi barədə deyilənlər şaiyədir” –

PREZİDENT İLHAM ƏLİYEV
29 Sentyabr 2020 - 20:19

“Türkiyə Qarabağ münaqişəsində tərəf deyil”.

Azpost.info bildirir ki, bu barədə Prezident İlham Əliyev  “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında bəyan edib.

“Türkiyə sabitləşdirici rol oynayır. Biz türk dövlətinə və xalqına bizimlə həmrəy olduqlarına və dəstək verdiklərinə görə, minnətdarıq. Başqa digər hər hansı qismdə Türkiyə bu münaqişədə iştirak etmir. Türkiyənin münaqişədə tərəf kimi iştirak etməsi barədə şaiyələr ermənilər tərəfindən yayılır. Bunlar feyk xəbərlərdir.

“Türkiyənin bu münaqişədə iştirakı barədə bir subut belə yoxdur. Buna heç ehtiyac da yoxdur”-deyə prezident bildirib.