2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin türkdilli ölkələrə ixracı, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq 9 milyard 850 milyon dollar olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, keçən yanvar- dekabr aylarında, Türkiyənin türkdilli ölkələrdən idxalı, 2022-ci ilin analoji dövri ilə müqayisədə 13,6 faiz artaraq 8 milyard 86 milyon dollar olub.
“Keçən ilin dekabr ayında Türkiyənin türkdilli ölkələrə ixracı, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 927,6 milyard dollar olub. 2023-cü ilin dekabr ayında Türkiyənin türkdilli ölkələrdən idxalı, 2022-ci il ilin dekabrı ilə müqayisədə 10,5 faiz artaraq 587 milyon dollar olub” , – deyə nazirlikdən bildiriblər.
Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard, 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.
Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 39 milyon dollar təşkil edib. 2023-cü ilin dekabrında Türkiyənin ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz artaraq 23 milyard dollar, idxalatı isə, 11 faiz azalaraq 29 milyard 39 milyon dollar təşkil edib(trend).