Türkiyə əhalisinin 15,2 faizini 15-24 yaş arasında gənclər təşkil edir

Türkiyə statistika idarəsinin hesablamalarına görə, 2022-ci ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 949 min 817 nəfər təşkil edib. Bu da ümumi əhalinin 15,2 faizinə bərabərdir.

Qeyd olunan yaş qrupunun 51,2 faizi gənc kişilərdən, 48,8 faizi isə gənc qadınlardan ibarətdir. Ümumi əhali sayında gənclərin xüsusi çəkisinin azalaraq 2030-cu ildə 14 faiz, 2040-cı ildə 13,4 faiz, 2060-cı ildə 11,8 faiz olacağı proqnozlaşdırılır.

Agentlik qeyd edir ki, Türkiyədə gənc əhali nisbəti Avropa İttifaqının 27 ölkəsi ilə müqayisədə daha yüksəkdir. Aİ ölkələrində ötən il gənclərin sayı ümumi əhali nisbətində orta hesabla 10,5 faiz təşkil edib(azərtac).

Əvvəlki məqalə

Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini ilə görüşüb

Sonrakı məqalə

“Öz arşınınızla ölçməyin, Çindən təhdid görmürük”