“Türkiyə ilə İran arasında 30 milyard dollarlıq ticarət həcmi təyin etdik”- RƏİSİ

“Türkiyə ilə İran arasında 30 milyard dollarlıq ticarət həcmi təyin etdik. Bu, hazırkı ortaq ticarət həcmini üç dəfə artırmaq deməkdir”.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.

“İki ölkənin müştərək sənaye şirkətlərinin yaradılması bu gün razılaşdırdığımız məsələlərdən biridir. Türkiyə prezidenti Ərdoğanın ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərdə mühüm dönüş nöqtəsidir”, – Rəisi bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Bu təşkilatlar Türkiyənin də, İranın da baş bəlasına çevriliblər”

Sonrakı məqalə

Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib