Türkiyə ilə Naxçıvanı əlaqələndirən dəmiryolu layihəsi- 2,4 milyard avroluq xarici maliyyə təmin edilib

Qatar
Qatar

Türkiyə ilə Naxçıvanı əlaqələndirən Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu layihəsi üçün 2,4 milyard avroluq xarici maliyyə təmin edilib.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlu ayırılan maliyyənin Türkiyənin iqtisadi proqramına beynəlxalq etimadın nümayişi olduğunu vurğulayaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinin Türkiyənin logistik gücünü artıracaq və beynəlxalq rəqabətdə yüksəldəcək infrastruktur layihələrini qətiyyətlə həyata keçirməyə davam etdiyini qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.