Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Türkiyə Prezident Administrasiyasının verdiyi xəbərə görə, Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan 26 oktyabr 2021-ci il tarixində Azərbaycana birgünlük səfər edəcək.

Bildirilib ki, Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.

“Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Brilyant əl” filminin məşhur aktrisası yoxa çıxıb

Sonrakı məqalə

ABŞ-dan olan dini icma rəhbərləri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb –