Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Əvvəlki məqalə

Kadırovun “Axmat” dəstəsi Belqorodda döyüşməyə göndərilib

Sonrakı məqalə

Ölkədə ötən beş ayda ərzaq 15 faiz bahalaşıb