Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri zamanı Ankara onu Ukrayna prezidenti Vladimir Zelenski ilə sülh danışıqlarına başlamağa çağıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbə RİA Novosti-yə bildirib.
“Bildiyiniz kimi, prezident Ərdoğan sülh prosesində uduzan tərəflərin olmayacağı tezisi ilə çıxış edir. Səfər zamanı Ankaranın atəşkəs üçün liderlərin görüşünü təşkil etməyə hazır olduğu vurğulanacaq”, – mənbə deyib.
O qeyd edib ki, Türkiyənin əsas məqsədi axan qanı dayandırmaqdır: “Başqa məqsədlər yoxdur. Tərəflər razılaşarsa, Türkiyə bütün lazımi vasitəçiliyi təqdim etməyə hazırdır”.
Azpost.info