Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi Ağdamda sabah fəaliyyətə başlayacaq

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

H. Akar bildirib ki, Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılmasına dair işlər tamamlanıb. Türk və rus əsgərlərin fəaliyyət göstərəcəyi Mərkəz sabah fəaliyyətə başlayacaq: “Bir general və 38 personalımızın çalışacağı Mərkəzin atəşkəsin davamlılığına, sülhə və sabitliyə töhfə verəcəyinə inanırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 86,4 milyondan çox insana COVID-19 peyvəndi vurulub

Sonrakı məqalə

Rusiyada yol qəzası nəticəsində 10 nəfər həlak olub