Türkiyə və ABŞ prezidentlərinin görüşü başa çatıb –Ağ Ev açıqlama yaydı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib. Qeyd edək ki, 1 saat davam edən görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilib.

Ağ Ev ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, ABŞ Türkiyə ilə konstruktiv əlaqələri davam etdirmək istəyir.
Qeyd olunub ki, Türkiyə önəmli bir hərbi və NATO müttəfiqidir, prezidentlərin görüşündə ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün ortaq mexanizm qurulması məsələsində razılığa gəlinib.
Açıqlamada C. Bayden və R. T Ərdoğanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yönündə məsələlərin də müzakirə olunduğu qeyd edilib. Görüşdə NATO və strateji ortaqlıq vurğulanıb, prezidentlər iqlim dəyişikliyi məsələsində atılan qarşılıqlı addımlardan məmnunluqlarını dilə gətiriblər.
Türkiyə tərəfindən də yüksək səviyyəli rəsmilərdən biri görüşün müsbət atmosferdə keçdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcü müxalifəti axşam Tiflisdə etiraz aksiyası təyin etdi –

Sonrakı məqalə

“Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradov həbsdən buraxılıb