“Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı vahid komanda kimi hərəkət edir”- Prezident

Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir.

Bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi.

“Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Əvvəlki məqalə

“Rusiyanı zorla parçalamaq ölümlə şahmat oyunudur”

Sonrakı məqalə

Bakıda reabilitasiya mərkəzinin uşaqlara işgəncə verən iki əməkdaşı saxlanılıb