Türkiyədə 145 milyona ada almaq istəyən azərbaycanlılar kimdir? –(FOTOLAR)

Türkiyədə ümumi dəyəri 457 milyon lirə olan 5 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Türkiyə mətbuatı xəbər verir ki, adalardan 3-ü Egey və Qara dənizdə, 1 yarımada və 1 ada isə Bursanın Ulubat gölündədir. Turizm və tikinti üçün əlverişli olan yarımada və adalarda tikililər də mövcuddur.
Məlumatda bildirilir ki, satışa çıxarılan daşınmaz əmlaklarla bağlı təkliflər qəbul olunub. Yüksək təklif verənlər arasında adları açıqlanmayan azərbaycanlı investorlar da var. Azərbaycanla yanaşı Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Dubaydan da təkliflər gəlib.
Qeyd edək ki, adalardan ən ucuzunun qiyməti 17 milyon, ən böyük və ən bahalısının isə 145 milyon lirədir.(Qaynarinfo)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Vəliyevin övladları Türkiyədə biznesə başladı –

Sonrakı məqalə

Prezident Adminstrasiyasının rəhbəri səs verib