Türkiyədə dollar yeni rekord vurdu –MƏZƏNNƏ

Türkiyədə dolların məzənnəsi növbəti rekord həddə çatıb.

Qardaş ölkədə 1 ABŞ dollarının məzənnəsi tarixində ilk dəfə olaraq 6,8 lirəyə çatıb. Gün ərzində dolların məzənnəsi 0,07 lirə və ya 0,88% yüksəlib.

Dollarla yanaşı, Türkiyədə avroda yüksək həddə çatıb – ötən gün avronun məzənnəsi 0,05 lirə və ya 0,62% yüksəlib.

Son bir ayda Türkiyədə dolların məzənnəsi 11,7%, ilin əvvəlindən isə 14,3% yüksəlib. Son bir ildə isə dollar lirə qarşısında 19,5% dəyər qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda beş vilayətdə fövqəladə vəziyyət elan edildi-

Sonrakı məqalə

“Hər ixrac edilən tanker ölkəyə proqnozdan iki dəfədən az gəlir gətirir” –