Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əsrin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Sonrakı məqalə

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı açıqlandı –