Türkiyəyə gələn rus turistlərinin sayı niyə azalıb?

Türkiyənin ən əhəmiyyətli turizm bazarlarından biri olan Rusiyadan gələn turistlərin sayı və rezervasiyaların sayı azalmağa başlayıb.

Azpost.info türk KİV-lərinə istinadən bildirir ki, erkən rezerv sifarişləri vərdişinə yenicə yiyələnən yerli turistlər isə dərin iqtisadi böhran və azalan gəlirlər səbəbindən bundan imtina etməli olublar. Seçkidən sonra hansı iqtisadi mühitin olacağı və məzənnənin səviyyəsi yerli turistin tətil qərarına təsir edəcək.

Turizm sənayesi nümayəndələrinin sözlərinə görə, hazırda rezerv sifarişləri sabitdir. Rusiya və Avropa ölkələrində turstlə bağlı durğunluq var. Həmçinin inflyasiya mühiti, gəlir-xərc balansının pozulması və daxili bazarda alıcılıq qabiliyyətinin azalması səyahət günlərinin sayına da xeyli təsir edir.

Turizmin ürəyi sayılan Antalyaya gələn rusiyalı turistlərin sayının bu aydan etibarən azalmağa başlaması turizm mütəxəssislərini narahat edir. Bu il mayın ilk yarısında Antalyaya 687 min 530 turist gəldiyi halda, pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövründə Rusiyadan 786 min 215 turist gəlmişdi. Bu, təxminən 12% azalma deməkdir. Rusiyadan gələn turistlərin sayının azalmasının əsas səbəbləri zəlzələ və seçki prosesinin üst-üstə düşməsidir. Bundan əlavə, rublun böyük dəyər itirməsi, tətil xərclərinin artması və Misir, Dubay və Maldiv adalarının Türkiyə ilə rəqabət aparacaq səviyyədə olması öz rolunu oynayır.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Bağlıkaya Rusiyanın Türkiyənin iki ən əhəmiyyətli bazarından biri olduğunu deyib. Onun sözlərinə görə, lakin may ayında bu bazardan rezervasiyalar sual altına düşüb:  “Rusiya-Ukrayna müharibəsinin mənfi nəticələri var. Rusiyalı turistlər üçün Türkiyə sərfəli nəqliyyat xərcləri ilə 2-3 saata çata biləcək bir yer idi. Lakin embarqo və məhdudiyyətlər nəticəsində uçuş müddətləri 5 saata qədər artıb. Bunun nəticəsində artan qiymətlər Türkiyənin əlverişli mövqeyini qismən geri atıb. Türkiyədəki inflyasiya da burada təzyiq göstərir” deyə Bağlıkaya bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyədə 1 dollar 20 lirə olub

Sonrakı məqalə

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılıb