Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

APA-nın Fransa Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər eyni zamanda, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar: “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.