Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Türkiyənin ən varlı adamları açıqlandı (SİYAHI)

Orkhan Ali 07 May 2025 - 15:11 (Last updated: 21 May 2025 - 20:51)
Murad Ülkeri

Murad Ülkeri

“Forbes Türkiyə” jurnalı dörd illik fasilədən sonra “Ən zəngin 100 türk” siyahısını yenidən dərc edib. 

Valyuta.az xəbər verir ki, maraqla gözlənilən siyahıda ümumi sərvəti 128,5 milyard dollar olan 108 nəfər yer alıb. 

“Forbes Türkiyə” 4 illik fasilədən sonra dərc etdiyi siyahıda uzun müddətdir birinciliyi qoruyan Murad Ülkeri 5,5 milyard dollarlıq sərvətlə yenidən zirvədə göstərib. Ülkəri COVID-19 dövründə hazırladığı vaksinlə tanınan və “BioNTech” şirkətinin sahibi olan Uğur Şahin izləyib. Şahinin sərvəti 4,8 milyard dollar olaraq açıqlanıb. Üçüncü pillədə 4,3 milyard dollarla Cəmil Kazancı yer alıb. Onu 4 milyard dollarla Eren Özmen və 3,8 milyard dollarla Fatih Özmen izləyib.

Siyahının diqqət çəkən məqamlarından biri də 45 yaşdan aşağı milyarderlərin sayının artması olub. Siyahıya 7 nəfər bu yaş qrupu üzrə daxil olub. Onlardan üçü “Koç” ailəsinin üzvləri – İpək Kıraç (40), Aylin Elif Koç (24) və Esra Çiğdem Koç (28) olub. “Yıldız Holding” ailəsindən Ahmət Özokur (44) və “Esas Holding” ailəsindən Kazım Köseoğlu (42) da siyahıda yer alan digər gənc adlardandır.

Bu adların əksəriyyəti ailələrinin qurduğu şirkətlərin varisləri olsa da, öz sərvətini özü qazananların sayı 59 nəfər olaraq göstərilib. Öz sərvətini yaradan 45 yaş altı iki şəxs isə xüsusilə fərqlənib: “Baykar Texnologiya” İdarə Heyətinin üzvü Selçuk Bayraktar (45) və “Nef” şirkətinin rəhbəri Erden Timur (42).

Siyahıda 24-cü pillədə yer alan və “Baykar”ın digər ortağı olan Haluk Bayraktar (46) isə bu yaş qrupu üzrə sərvətini özü yaradan ən yaxın adlardan biri olub.

Gələcək illərdə öz təşəbbüsləri ilə sərvət qazanan gənclərin bu siyahıya daha çox daxil olacağı proqnozlaşdırılır.

AzPost.az

Post navigation

Previous: “Nvidia” rəhbəri çip ixracının sərbəst buraxılmasını istəyir
Next: Kimlər gecə işlərinə cəlb edilə bilməz?

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.