“Twitter”də bir sıra ödənişli xidmətlər istifadəyə verilə bilər

Rəqəmsal
Rəqəmsal

“Twitter” sosial şəbəkəsi reklam gəlirlərindən asılılığını azaltmaq üçün bir sıra ödənişli funksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, eyni anda bir neçə lentə baxmağa imkan verən “Tweetdeck” kimi xidmətlərin istifadəsinə görə ödəniş tətbiq etmək nəzərdə tutulur. Bundan başqa, sosial şəbəkədə “mesaj göndərilməsinin ləğvi” kimi funksiyalar şirkət üçün gəlir mənbəyi ola bilər.

Həmçinin reklamın deaktiv edilməsi, eksklüziv məzmun və ya daha keyfiyyətli videonun yüklənməsinə görə ödənişin tətbiqi imkanı müzakirə edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir