UEFA Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Aprelin 14-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

Dörddəbir final mərhələsinin cavab oyununda İtaliyada “Atalanta”nı 2:0 hesabı ilə məğlub edən Almaniyanın “Leyptsiq” klubu adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

Bundesliqa təmsilçisi finala gedən yolda “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Əvvəlki məqalə

Zelenski və Makron Moskva ilə danışıqları müzakirə edib

Sonrakı məqalə

“Rusiya rublla ödənişi dayandırmasa defolt sayılacaq” –