UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib –NƏTİCƏLƏR

UEFA Millətlər Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

A, B və C Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda Avstriya Fransanı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən Kilian Mbappenin qolu ilə qurtulublar. Qrupun digər oyununda lider Danimarka Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.

B Liqasının 2-ci qrupunda Albaniya İsrailə 1:2 hesabı ilə uduzub.

C Liqasının 3-cü qrupunda Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla məğlub olub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.

Nəhayət, D Liqasının 1-ci qrupunda Moldova Latviya yığmasına 2:4 hesabı ilə uduzub. Andorra isə Lixtenşeyn üzərində 2:1 hesabı ilə qalib gəlib.

UEFA Millətlər Liqası

A Liqası, 1-ci qrup

22:45. Avstriya – Fransa – 1:1

Qollar: Andreas Vayman, 37 – Kilian Mbappe, 83

22:45. Danimarka – Xorvatiya – 0:1

Qol: Mario Paşaliç, 69

Xal durumu: Danimarka – 6, Avstriya – 4, Xorvatiya – 4, Fransa – 2

B Liqası, 2-ci qrup

22:45. Albaniya – İsrail – 1:2

Qollar: Armando Broya, 45+2 – Manor Solomon, 57; 73

Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1

C Liqası, 3-cü qrup

20:00. Azərbaycan – Slovakiya – 0:1

Qol: Vladimir Vayss, 81

22:45. Belarus – Qazaxıstan – 1:1

Qollar: Vladislav Malkeviç, 84 – Abat Aymbetov, 13

Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, Azərbaycan – 1

D Liqası, 1-ci qrup

20:00. Moldova – Latviya – 2:4

Qollar: İon Nikolaesku, 5 (pen.). Nikita Motspan, 64 – Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75

22:45. Andorra – Lixtenşteyn – 2:1

Qollar: Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 – Livio Mayer, 90+3

Xal durumu: Latviya – 9, Moldova – 4, Andorra – 4, Lixtenşteyn – 0.

Əvvəlki məqalə

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə ikinci yeri tutub

Sonrakı məqalə

470 alimə Şuşaya səfər vəd edən Əlvan Cəfərov –