UEFA-nın Konfrans Liqasında püşkatma –“Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşib

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Mərasimdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın da rəqibləri müəyyənləşib.

“Gənclik şəhəri” təmsilçisi bu mərhələdə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.

Bakı klubu isə İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə üz-üzə gələcək. Samir Abasovun baş məşqçisi olduğu kollektiv ilk oyunu evdə, Krnoslav Renduliçin komandası isə səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də oynanılacaq.

Əvvəlki məqalə

Bakıda iqlim dəyişikliyi barədə panel müzakirəsi keçirilib

Sonrakı məqalə

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclası keçirilib –