UEFA reytinqi:Azərbaycan xal ehtiyatını artırıb

Azərbaycan UEFA-nın reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb.

Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə İsveçrənin “Sürix” klubu üzərində qazandığı 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.

Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən start verəcəklər.

Əvvəlki məqalə

“Putinin payızda bir neçə ölkəyə səfəri nəzərdə tutulub”

Sonrakı məqalə

“Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır”