“Uğursuz gün” –Niyə hamı "ayın 13, cümə günü"ndən qorxur?

Bir çox insanlar 13 rəqəmini uğursuz sayır, cümə günü ilə eyni tarixə düşən də isə bu dəhşətə səbəb olur.

Bəs bu fobiya haradan yaranıb və tarix niyə təhlükəli sayılır?

13 rəqəminin qorxusu haqqında ilk qeyd Skandinaviya mifologiyasından gəlir. Rəvayətə görə, Valhallada ziyafətə 12 tanrı dəvət olunur. Lakin qəzəb tanrısı Loki onların arasında olmur. Bu zaman o qəzəblənir və şənliyə girərək 13-cü olur. Bu, Olimp üçün kədərli nəticələrə səbəb oldu: müharibə başladı, nəticədə hər kəsin sevimlisi olan bahar və işıq tanrısı Balder ölür.

Xristianlıqda 13 rəqəmindən qorxu İsa Məsih və onun həvariləri haqqında dini hekayə ilə əlaqələndirilir. “Əhdi-Cədid”ə görə, son, 13-cü gizli şam yeməyində İsa Məsihə xəyanət edən Yəhuda İskaryot olub. Cümə günü İsa Məsih çarmıxa çəkilib, ona görə də tarix xristianlar üçün matəm günü hesab olunur.

Cümə gününün istənilən ayın 13-nə təsadüf etməsi bir çox xalqlar arasında pis əlamət hesab olunur. Lakin “13-cü Qara Cümə” mifinin nə vaxt yarandığı barədə etibarlı məlumat yoxdur. Ancaq bu tarixdə çoxlu fəlakətlər baş verib. Onlardan ən məşhuru tampliyer ordeninin nümayəndələrinin katolik kilsəsinin inkvizisiyası tərəfindən təqib edilməsidir. Fransa kralı IV Filip 1307-ci il oktyabrın 13-də cümə günü bütün Tampliyer cəngavərlərinin bidət və homoseksuallığda ittiham edərək  yandırılması barədə göstəriş verib. Bu hadisə Fransa tarixinin qara səhifələrindən birinə çevrilib.

“Ayın 13-ü, cümə günü” qorxusu bu gün də insanlarda uğursuzluq qorxusu yaradır. Bir çox insanlar bu tarixdə kiminləsə mübahisə edəcəyinə, hansısa fəlakətin baş verəcəyinə, yeni problemin ortaya çıxacağına inanırlar. Buna görə də xurafatçılar evdən çıxmamağa, heç kimlə danışmamağa çalışırlar. Həkimlər bu fobiyanı əsassız qorxu hesab edir və onu paraskevedekatriafobiya adlandırırlar.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ Rusiya və Çinlə eyni vaxtda baş verəcək münaqişəyə hazır olmalıdır” –

Sonrakı məqalə

ABŞ-ın Dövlət katibi Fələstin prezidenti görüşmək üçün İordaniyaya gəlib