Ukrayna PUA-larla Rusiyanın Adıgey Respublikasında yerləşən hərbi aerodroma hücum edib.
Azpost.info bildirir ki, PUA hücumundan sonra aerodrom ərazisində yanğın başlayıb. Nəticədə hərbi aerodroma yaxın olan qəsəbədən əhali təxliyə olunub.
Adıgeyin rəhbəri Murad Kumpilov bildirib ki, Maykop ətrafı Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb və yanğın baş verib. Onun sözlərinə görə, aerodroma bitişik olan Rodnikovıy qəsəbəsinin sakinləri təxliyə olunur.
Kumpilov 1,3 min nəfər insanın təxliyə edildiyi bildirib.
PUA hücumu nəticəsində xəsarət alanlar olmayıb.