Ukrayna artıq ABŞ silahları ilə Rusiya ərazilərinə zərbə endirib –"Associated Press"

Ukrayna ordusu artıq Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə edib.

Azpost.info bildirir ki, bu barədə adı açıqlanmayan Qərb rəsmisi və senator Maykl Rounds Associated Press (AP) agentliyinə deyib. O məlumatı haradan əldə etdiyini açıqlamayıb.

Mayın sonunda prezident Co Bayden Kiyevə Vaşinqtonun verdiyi silahlardan Xarkov bölgəsində  istifadə etməyə icazə verib. Eyni zamanda, Rusiya ərazisindəki hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərinin və ya uzaqmənzilli silahların istifadəsinə qoyulan qadağa qüvvədə qalıb.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a silahlarının Rusiya ərazisinə hücumlar üçün istifadəsinə icazə verdiyinə görə təşəkkür edib.

“Frans-Press” Kiyevin hələ Vaşinqtondan icazə aldığı təsdiqlənməmişdən əvvəl Ukraynanın Rusiyadakı, xüsusən də Krasnodardakı hədəflərə qarşı Qərb silahlarından bir neçə dəfə istifadə etdiyini bildirib.

Əvvəlki məqalə

Rusiyada iki tramvay toqquşub, 67 nəfər yaralanıb

Sonrakı məqalə

Pompeydə mavi divarları olan antik məbəd tapılıb –