Ukrayna ordusu gecə PUA-larla Moskvaya növbəti hucum təşkil edib.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu gecə Moskvaya pilotsuz uçuş aparatından (PUA) hücumu dəf edib.
Bu barədə Moskva meri Sergey Sobyanin telegram-kanalda bildirib.
“Bu gecə Hava Hücumundan Müdafiə Qüvvələri İstra rayonunda pilotsuz uçuş aparatının Moskvaya hücumunu dəf edib. İlkin məlumatlara görə, PUA-nın düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir”, – deyə Moskva meri qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Krıma hücum edib.
İki PUA Krımın qərb sahillərində vurulub.
Rusiya MN həmçinin Moskva vilayətinin İstra rayonu üzərində Ukraynaya məxsus PUA-nın məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında PUA təhlükəsi ilə əlaqədar “Xalça” planı elan edilib.
Həmçinin Domodedovo və Şeremetyevoda 19 reys gecikib, 3-ü isə ləğv edilib.