Ukrayna Kurskda tutduğu ərazilərin 40 faizdən çoxuna nəzarəti itirib- “Reuters”

Kiyev Rusiyanın Kursk vilayətində əvvəllər Ukrayna Silahlı Qüvvələri tərəfindən tutulan ərazilərin 40 faizdən çoxuna nəzarəti itirib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

“Ən yaxşı halda, biz təxminən 1376 kv.km əraziyə nəzarət etmişik. Hazırda təxminən 800 kv. kilometrdir”, – mənbə agentliyə bildirib.

“Reuters” qeyd edir ki, Kiyev Kursk bölgəsinə hücum edərək, Rusiya Silahlı Qüvvələrinin Donbasda irəliləyişini ləngitmək və ərazi üzərində nəzarəti gələcəkdə mümkün sülh danışıqlarında vasitə kimi istifadə etmək niyyətində idi, lakin Rusiya qüvvələri qətiyyətlə irəliləməyə davam edir.

Azpost.info

Əvvəlki məqalə

İri Şəhərlərin Su Təchizatı Xidməti Naxçıvan şəhərində su təminatı xidmətləri göstərəcək

Sonrakı məqalə

Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb