Ukrayna Moskvaya PUA-larla hücum edib

Moskva vilayətinə kütləvi dron hücumu olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayaıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva, Bryansk, Oryol və Kursk vilayətləri üzərində Ukraynanın 32 pilotsuz uçuş aparatını vurub.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz gecə saatlarında Bryansk və Bryansk vilayəti üzərində altı PUA-nın məhv edildiyini bildirib. Heç kim xəsarət almayıb, dağıntı olmayıb. Bir gün əvvəl, dekabrın 29-da bölgə səmasında dörd PUA vurulmuşdu.

Gecəyə doğru Belqorod vilayətində 13 dron vurulub. Qubernator Vyaçeslav Qladkovun sözlərinə görə, bir nəfər həlak olub, dörd nəfər yaralanıb, Belqorodun su təchizatı sistemi zədələnib.

Azpost.info

Əvvəlki məqalə

İsrail Qəzzada yeraltı tunelləri araşdırmaq üçün kiçik dronlardan istifadə edir

Sonrakı məqalə

“Ukraynadakı müharibə NATO-nu təhdid edir” –