Ukrayna Silahlı Qüvvələri Krımın Çernomorskoye yaşayış məntəqəsi yaxınlığında Rusiyanın KS 701 layihəli, “Tunets” tipli katerini məhv edib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, gəmiyə zərbə endirmək üçün MAGURA V5 dəniz dronu istifadə edilib.
“Əməliyyat nəticəsində işğalçıların daha üç gəmisi də zədələnib. Onların tipi müəyyən edilir”, – Ukrayna kəşfiyyatı qeyd edib.
Azpost.info