“Ukrayna ordusunu Kursksdan çıxarmayana qədər danışıqlar aparmayacağıq”- ŞOYQU

Rusiya hakimiyyəti Kiyevlə Ukrayna ordusunu Kursk ərazisindən çıxarmayana qədər danışıqlar aparmayacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Çox əhəmiyyətli bir məqam var – bu Kurskdur. Biz terrorçularla heç bir danışıqlar aparmamışıq, aparmırıq və aparmayacağıq. Ukrayna Kursk AES-i ələ keçirməyə və nüvə terroru həyata keçirməyə cəhd edib ki, bu da terrorizmin ən yüksək səviyyəsidir”, – Şoyqu qeyd edib.

Bu arada Kreml Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən nə vaxt sıxışdırıb çıxaracağını deyə bilməyib. “Əlbəttə, hərbçilərin bütün lazımi planları var, lakin bunlar açıq şəkildə müzakirə oluna biləcək planlar deyil”, – Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.