Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.
Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.
Rus hərbi zabitlərnin məlumatına görə, Ukrayna ordusu Sudjayanskoe rayonundan Bolşoy Soldatskoye kəndinə doğru irəliləməyə başlayıb. Bu qəsəbə Ukrayna qoşunlarının tutduğu Sudjadan 20 kilometr şimal-şərqdə, Kurska doğru 80 kilometr məsafədə yerləşir.
Hərbi müxbir Semyon Pegov yazır ki, Ukrayna qoşunları kiçik qruplar şəklində irəliləyir, zirehli texnikanın dəstəyi altında meşələrə piyada desantı çıxarıb. Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri minalardan təmizləmə fəaliyyətləri həyata keçirib. Hazırda isə qoşunlara uzaqmənzilli raket zərbələri və radielektron qüvvə ilə dəstək verir.
Hərbi müxbirlər Roman Alekşin və Aleksandr Kotsun sözlərinə görə, Ukrayna qoşunları böyük ehtiyatlar toplayıb və eyni anda bir neçə istiqamətdə fəallaşıblar. Qarşıda döyüşlərin ən gərgin hissəsi durur.
Ukrayna Silahlı Qüvvələrinin hücumunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak da təsdiqləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında “Dezinformasiya ilə Mübarizə Mərkəzi” isə hücumu Rusiya Silahlı Qüvvələri üçün gözlənilməz adlandırıb.
Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər.
Rusiyanın Teleqram kanalları Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovun Kursk vilayətində olduğu barədə məlumat yayıb.