Ukrayna PUA-larla Kursk vilayətində binaya zərbə endirib –5 nəfər həlak olub
29 İyun 2024 - 10:20
Ötən gecə Ukraynaya məxsus PUA-lar Kursk vilayətindəki yaşayış binasına zərbə endirib, nəticədə 5 nəfər ölüb.
Bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:
“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb. Onlara tibbi yardım göstərilib” – deyə qubernator yazıb.