Rusiyanın Kaluqa vilayətində neft emalı zavodu Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Sakinlər bildirib ki, əvvəlcə zavod ərazisində partlayışlar eşidilib, daha sonra isə yanğın başlayıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Kaluqa vilayətinin rəhbəri pilotsuz uçuş aparatının zavodu vurduğunu təsdiqləyib.