Ukrayna pulsuz qalmayacaq- Aİ 20 milyardlıq yardım üçün "B planı" hazırlayıb

Avropa İttifaqı Ukraynaya 20 milyard avroluq yardım üçün “B planı” hazırlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Bu plana əsasən, Aİ üzvləri qurumun büdcəsi qarşısında öhdəliklər götürəcək, nəticədə Avropa Komissiyası Kiyev üçün 20 milyard avro borc götürmək imkanı əldə edəcək.

“Avropa İttifaqı borcunu artırmaqla Ukraynaya 20 milyard avroluq yardım üçün ehtiyat plan hazırlayır. Bu yolla Macarıstan Baş naziri Viktor Orbanın etirazlarından yan keçmək mümkün olacaq”, – nəşr qeyd edir.

Bu sxemin əsas üstünlüyü ondan ibarətdir ki, Avropa İttifaqının bütün üzvlərinin razılığını tələb etmir. Bu da Macarıstandan yeni veto riskini aradan qaldırır.

2020-ci ildə Avropa İttifaqı pandemiya zamanı dəstək məqsədilə Avropa ölkələrinə 100 milyard avro kredit ayırdığı zaman oxşar sxemdən istifadə olunmuşdu.

Azpost.info

Əvvəlki məqalə

Kolumbiyada Şakiraya heykəl qoyuldu –

Sonrakı məqalə

ABŞ-da 6 yaşlı uşaq təyyarə ilə səhvən başqa şəhərə göndərilib