Ukrayna Rusiya ərazilərinə PUA zərbələri endirib

Mayın 27-nə keçən gecə Ukrayna Rusiya ərazisindəki hədəflərə hücum edib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Oryol vilayəti ərazisi üzərində altı təyyarə tipli PUA-nı ələ keçirərək məhv edib. Krasnodar diyarı ərazisində daha dörd PUA məhv edilib.

Məlumatda qeyd olunur ki, növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk və Belqorod vilayətlərinin əraziləri üzərində hərəyə bir pilotsuz uçan aparatı məhv edib.

Bundan əvvəl Oryol vilayətinin Livnı şəhərində Ukraynaya məxsus pilotsuz təyyarənin yanacaqdoldurma məntəqəsinin üzərinə düşməsi nəticəsində yanğınsöndürmə idarəsinin sürücüsü həlak olub.

Əvvəlki məqalə

Türkiyədə Baş nazir Menderesin edamı ilə bitən hərbi çevrilişdən 64 il ötür

Sonrakı məqalə

Bakıda hava hələ də tozludur