Ukrayna Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirdiyini təsdiqləməyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl bir sıra KİV-lərdə ABŞ-ın uzaqmənzilli ATACMS raketlərinin Rusiya ərazisinə hücumu ilə bağlı yayılan məlumatları təsdiqləməyib.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynaya məxsus “Kanal 24” məlumat yayıb.

Kanala açıqlama verən hərbçilər belə bir məlumata malik olmadıqlarını bildiriblər.

“Bu məsələ ilə bağlı Baş Qərargahdan şərh almağa çalışdıq. Onlarda belə bir məlumatın olmadığı bildirildi”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib

Sonrakı məqalə

COP29: