Ukrayna Rusiyanın iri neft emalı zavoduna dronla zərbə endirib

Ukraynaya məxsus pilotsuz təyyarələr Kaluqa vilayətindəki iri neft emalı zavoduna zərbələr endirib.

Azpost.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa Teleqram kanalında bildirib.

Zərbə nəticəsində müəssisədə yanğın baş verib və onu söndürmək üçün hadisə yerinə təcili xidmətlər göndərilib.

Zavod ərazisində 3 ədəd dizel yanacağı, 1 ədəd mazut yanıb. Hazırda yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, itki yoxdur, ekspertlər müəssisənin infrastrukturuna dəymiş ziyanı qiymətləndirirlər.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

COP29-a görə parlament seçkiləri irəli çəkiləcək